ƏSASNAMƏ


Müsabiqənin məqsədi

  • İnformatika dərsində yeni pedoqoji və texnoloji metodları tətbiq edən müəllimləri aşkar etmək və onlara dəstək olmaq.
  • Pedoqoji təcrübənin bölüşdürülməsi məqsədi ilə www.zardab.com.az saytında informasiya məkanının formalaşması, informatika və informasiya texnologiyalarının tədrisi sahəsində çalışan pedoqoq və mütəxəsislər arasında informasiya mübaduiləsinə köməklik edilməsi.
  • İKT sahəsində ən yaxşı pedoqoji təcrübənin yayılması.
  • İnformatika sahəsində metodik materiallar bankının formalaşması.

 

Müsabiqənin şərtləri

  • Müsabiqəyə təhsil sahəsində çalışan, materiaları azərbaycan dilində təqdim edən istənilən şəxs qoşula bilər.
  • İştirakçılara heş bir yaş məhdudiyyəti qoyulmur.
  • Müsabiqədə iştirakçılar fərdi yaxud müəllifıər qrupu kimi iştirak edə bilər.
  • Müsabiqəyə materiallar elektron- poçt vasitəsi göndərilir yaxud CD disklərdə iştirakçılar tərəfindən şəxsən təqdim edilir. Gondərilmiş materiallar geri qaytarılmır.

 

Müsabiqənin keçirilmə müddəti və mərhələləri

  • Müsabiqəyə işlər hər ilin may ayının birinə kimi qəbul edilir.
  • Müsabiqə iki mərhələdən ibarət keçirilir. Birinci mərhələdə müsabiqəyə qəbul edilmiş və saytda yerləşdirilmiş hər bir işi təşkilat komitəsi vahid formanı dolduraraq qiymətləndirir. Qiymət formaları elektron-poctla may ayının 10-a kimi qəbul edilir.Bu qiymətlər əsasında ən çox bal noplamış 5 iş seçilir və 2-ci mərhələyə buraxılır.
  • İkinci mərhələ may ayının 17-nə kimi yekunlaşdırılır və münsiflər heyyəti tərəfindən 3 ən yaxşı iş seçilir. Müsabiqənin nəticələri, ikinci mərhələyə keçmiş işlər www.zardab.com.az saytında yerləşdirilir və qaliblər mükafatlandırılır.

 

Müsabiqənin təşkilat komitəsi

  • Müsabiqənin koordinatoru www.zardab.com.az saytının təsisçisi C.T.Əsədovdur (ascamil@box.az)
  • Təşkilat komitəsi bir nəfər www.zardab.com.az saytının təsisçisi, 2 nəfər Zərdab İdman və Gənclər idarəsi, 2 nəfər Zərdab Təhsil Şöbəsi tərəfindən təqdim edilmiş üzvlərdən ibarətdir. Təşkilat komitəsi materialları qəbul edir, saytda yerləşdirmək üçün hazırlayır, birinci mərhələnin qaliblərni müəyyənləşdirir. Təşkilat komitəsi həmçinin müsabiqənin ikinci mərhələsinə seçilmiş materialların münsiflər heyyətinə çatdırılmasını, nəticələrin toplanmasını və elan olunmasını təmin edir.
  • Münsiflər heyyəti təcrübəli pedoqoqlardan, İKT sahəsində təcrübəsi olan mütəxəsislərdən formalaşır. Ən azı 5 munsifdən ibarətdir.
  • Müsabiqəyə materiallar elektron- poçt vasitəsi göndərilir yaxud CD disklərdə iştirakçılar tərəfindən şəxsən təqdim edilir. Gondərilmiş materiallar geri qaytarılmır.

 

Müsabiqə materiallarının tərtib edilmə qaydası

  • Əsas tezislər - həcmi bir makina səhifəsindən çox olmamaqla (A4 formatlı vərəqin bir üzü)
  • Müsabiqəyə təqdim ediləcək işin həcmi - məhdudiyyət qoyulmur. Vərəq - A4 formatlı. Titul vərəqində aşağsdakılar öz əksini tapır.
    Dərsin (məşğələnin yaxud məşgələlər blokunun) mövzusu
    Dərsin müəllifinin (yaxud müəlliflər qrupu) adı, atasının adı, soyadı
    Təhsil müəssisəsinin tam adı
    Təhsil müəssisəsinin ünvanı
    Müəllifin ünvanı (poçt ünvanı, telefonu, elektron poçtu
  • Materialların mətni Windows XP əməliyyat sistemində AZ (Azeri(Latın)) klaviatura açılışında MS Word mətn redaktorundan istifadə edilməklə Arial srift növündə yığılır. Sətrlər arası məsafə 1.5 mm kimi, mətnlərin vərəqin kənarından məsafələri hər 4 tərəfdən 20 mm kimi təyin edilir. Qrafik materiallar birbaşa hazırlanmış mətndə yerləşdirilir.
  • Bütün materiallar müsabiqəyə azərbaycan dilində elektron variantda admin@zardab.com.az elektron poctuna gondərilir yaxud CD diskdə təşkilat komitəsinə təqdim edilir. Word-də hazırlanmış materiallar zip və ya rar arxiviatorları vasitəsi ilə arxivləşdirilərək müsabiqəyə təqdim edilir. Müsabiqəyə təqdim ediləcək faylın adı latın hərflərindən tərtib ediliərək müallifin familiyasini özündə əks etdirir. Arxiv edilmiş faylın həcmi 300 kb çox olmamalıdır.
  • Materialların məzmunu seçilmiş mövzu (mövzular qrupu) üzrə dərsin sinifədə keçirilmə ssenarisini özundə əks etdirir.
  • Müsabiqə materialına MS PowerPoint vasitəsi ilə hazırlanmış 1-5 slayddan ibarət təqdimat əlavə edilə bilər.

 

Müsabiqə işləri qiymətləndirilərkən aşagıdakılar nəzərə alınır

  • Təqdim edilmiş dərsin məzmunu, orjinallığı, yeniliyi və aktuallığı.
  • Yeni pedoqoju texnolojiyaların tətbiqi, tətbiq edilmiş metodikanın müxtılifliyi və məqsədəuyğunluğu
  • Təqdim edilmiş işin keyfiyyəti, materialların strukturu, mövzuya sistemli yanaşma.

 

Müsabiqnin mükafatları

  • Müsabiqədə ilk 3 yeri tutan iştirakçı mükafatlandırılacaqdır.

 

www.zardab.com.az saytı, Zərdab rayon Təhsil Şöbəsi, Zərdab rayon Gənclər və İdman idarəsinin birgə müsabiqəsi